Qanunsuz ov edən daha 5 nəfər saxlanıldı

Qanunsuz ov edən daha 5 nəfər saxlanıldı
  13 Dekabr 2018    Oxunub:4344
Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdiklərinə görə rayonun Orta Muğan kənd sakini olan 3 nəfər saxlanılıb, onlardan 3 ədəd ov tüfəngi götürülüb.

​Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Yenikənd kənd sakini olan 2 nəfərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi götürülüb.
​Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Ov  





Xəbər lenti