Sumqayıtda maşınla vurulan piyada ölüb

Sumqayıtda maşınla vurulan piyada ölüb
  13 Dekabr 2018    Oxunub:4546
Dekabrın 12-də saat 18 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Yusif Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Afiq Qəmbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti