”Azərpoçt” və bankomatdan oğurluq edən dəstə tutuldu

”Azərpoçt” və bankomatdan oğurluq edən dəstə tutuldu
  13 Dekabr 2018    Oxunub:5032
Dekabrın 11-də Şirvan şəhər sakini Kamal Bağırzadə ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 4 ədəd oyun aparatının və ona məxsus 16 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Rəfael Qurbanov, Taleh Qurbanov və Amil Əliyev saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.



Belə ki, onların həmin gün ”Azərpoçt” MMC -yə məxsus poçt filialından içərisində 7ədəd “Dekoder”aparatı və 34 ədəd açıqca olan seyfi oğurladıqları və cari ilin əvvəlində bankların birinin bankomatından pul oğurlamağa cəhd etdikləri üzə çıxıb. Həmin şəxslərdən oyun aparatları və kassa maddi sübut kimi götürülüb. Hər üç faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti