Bakıda oğurluq edən gürcü saxlanılıb

  13 Dekabr 2018    Oxunub : 3574
Bakıda oğurluq edən gürcü saxlanılıb
Paytaxtın Xətai rayonu, Telnov küçəsi, bina 2324 ünvanında yerləşən mənzillərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu barədə zərərçəkən Xətai Rayon Polis İdarəsinə müraciət edərək evdən dəyəri 1700 manat olan bir ədəd televizorun, qiyməti 700 manat olan noutbukun naməlum şəraitdə qapının sındırılması nəticəsində oğurlandığını bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edərək oğurladığını əşyaları satdığını bildirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: DİN   Oğurluq