Gömrükdə "Senator" əməliyyatı

Gömrükdə "Senator" əməliyyatı
  13 Dekabr 2018    Oxunub:7108
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5000 ədəd "Senator" adlı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti