Yaşayış binasında təhlükənin qarşısı alınıb

Yaşayış binasında təhlükənin qarşısı alınıb
  13 Dekabr 2018    Oxunub:3916
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilmiş metal vərəqə asılı vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalmış metal vərəqəni divara bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Yasamal  





Xəbər lenti