FHN 4 nəfəri xilas edib, biri azyaşlıdır

FHN 4 nəfəri xilas edib, biri azyaşlıdır
  14 Dekabr 2018    Oxunub:3772
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində biri azyaşlı olmaqla 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti