Borca görə axtarışda olan 20 nəfər saxlanıldı

  Borca görə axtarışda olan 20 nəfər saxlanıldı
  14 Dekabr 2018    Oxunub:4177
Daxili İşlər Nazirliyi ötən gün qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti