Gömrükdə 28400 elektron siqaret müsadirə edilib

Gömrükdə 28400 elektron siqaret müsadirə edilib
  14 Dekabr 2018    Oxunub:4713
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində "Heets" yazısı olan 28 400 ədəd elektron siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti