Evdən 10 min oğurlayan qardaşlar saxlanıldı

Evdən 10 min oğurlayan qardaşlar saxlanıldı
  14 Dekabr 2018    Oxunub:5040
Bakıda evdən külli miqdarda pul oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki evlərin birindən 10.500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşlar - Emil Məlikov və qardaşı Elnur saxlanılıblar.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti