Sumqayıtda oğurluq edən 4 nəfər saxlanıldı

Sumqayıtda oğurluq edən 4 nəfər saxlanıldı
  15 Dekabr 2018    Oxunub:4660
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13-cü mikrorayon ərazisindəki binalardan birinin liftinin əyləc dolaqlarını, 1 mağazadan plastik qapı, 4 evdən isə təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov, 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 evdən pul və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev, 1 marketdən və 1 avtomobildən məişət əşyası, 5 evin girişindən su sayğacı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Akif Musayev, daha 5 evin girişindən su sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıblar. Araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti