Lökbatanda mağazada pirotexniki vasitələr aşkarlanıb

Lökbatanda mağazada pirotexniki vasitələr aşkarlanıb
  15 Dekabr 2018    Oxunub:5464
Qaradağ rayonundakı mağazadan yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı ŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 2362 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti