Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  15 Dekabr 2018    Oxunub:6320
Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, nazirliyin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü – paytaxt sakini V.Bağırova saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti