Qonşusunun evini yaran şəxs saxlanılıb

Qonşusunun evini yaran şəxs saxlanılıb
  15 Dekabr 2018    Oxunub:5949
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara şəhər sakini E. Ağazadə Rayon Polis Şöbəsinə müraciət edərək axşam saatlarında evdə olmadığı vaxt naməlum şəxs tərəfindən onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib.

RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara şəhər sakini Elşad Seyfullayev olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlı bağlı Astara RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Astara  





Xəbər lenti