Havanın temperaturu aşağı enəcək - Xəbərdarlıq

   Havanın temperaturu aşağı enəcək -    Xəbərdarlıq
  16 Dekabr 2018    Oxunub:4595
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Dekabrın 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Məlumatda, həmçinin bildirilib ki, dekabrın 17-si günün ikinci yarısından dekabrın 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti