Xəbərdarlıq: 2 gün yağış, qar yağacaq

  Xəbərdarlıq:   2 gün yağış, qar yağacaq
  17 Dekabr 2018    Oxunub:3762
Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Dekabrın 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 17-si günün ikinci yarısından dekabrın 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Azvision.az



Teqlər: ETSN   Hava   Xəbərdarlıq  





Xəbər lenti