15 günün yol qəzaları: 28 ölü, 74 yaralı

15 günün yol qəzaları:  28 ölü, 74 yaralı
  17 Dekabr 2018    Oxunub:3650
Dekabr ayının 15 günündə respublikanın avtomobil yollarında 60 yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, qəzalarda 28 nəfər ölüb, 74 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, noyabr ayında ölkə üzrə 117 yol qəzası olub. Qəzalarda 63 nəfər ölüb, 146 nəfər yaralanıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti