Nazirlik 15 ağac kəsəni prokurorluğa verdi

Nazirlik 15 ağac kəsəni prokurorluğa verdi
  17 Dekabr 2018    Oxunub:3953
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lerik rayonunun Vizəzəmin kəndi ərazisində köküstə yaş 15 qızılağac ağacının kəsildiyi aşkar edilib və təbiətə 8900 manat məbləğində ziyan dəydiyi məlum olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Azvision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti