“VAZ-2106” traktorla toqquşub, ölən var

“VAZ-2106” traktorla toqquşub, ölən var
  17 Dekabr 2018    Oxunub:5776
Dekabrın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Qaraxanlı kənd sakini Tahir Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Hacılar kənd sakini Rahim Rüstəmovun idarə etdiyi “T-28” markalı traktora vurub, sonradan idarəetməni itirdiyindən qarşıdan gələn Hindarx qəsəbə sakini Etibar Heydərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə T.Əliyev və sərnişini - həmkəndlisi Namiq Fərzəliyev xəstəxanaya yerləşdirilib, N.Fərzəliyev orada ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti