Benzin çənindən pirotexniki vasitələr tapıldı

  17 Dekabr 2018    Oxunub : 3800
Benzin çənindən pirotexniki vasitələr tapıldı
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttində Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı avtomobilin benzin çəninin içərisində gizlədilən, üzərində "Mega Black Devil" yazıları olan 560 ədəd və üzərində "Piccolo Corsar" yazıları olan 840 ədəd pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK