“Chevrolet” piyadanı vurdu, “Toyota” üstündən keçdi

“Chevrolet” piyadanı vurdu, “Toyota” üstündən keçdi
  18 Dekabr 2018    Oxunub:4271
Dekabrın 17-də saat 7 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Şəmistan İbrahimov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Zərgər Əsgərovu vurmuş və nəticədə zərbədən piyada əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Arif Şamilovun idarə etdiyi “Toyota” markalı avtomobilin altına düşüb.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti