Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  19 Dekabr 2018    Oxunub:3538
Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və yol qəzasının “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti