Bir gündə iki piyada ölümü

Bir gündə iki piyada ölümü
  19 Dekabr 2018    Oxunub:4648
Dekabrın 18-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Maarif Lətifi idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Samux rayon sakini Nüvər Məmmədovanı vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə qadın hadisə yerində ölüb. Anoloji hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Belə ki, dekabrın 18-də saat 8 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti