Goranboyda kafe yanıb

Goranboyda kafe yanıb
  20 Dekabr 2018    Oxunub:4246
Goranboyda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, rayonun Dəliməmmədli şəhərində ümumi sahəsi 100 m² olan dəmir konstruksiyadan ibarət kafenin penoplastdan ibarət divar üzlüyü və içərisindəki əşyalar 40 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti