Ucarda sənədsiz tüfəng götürülüb

Ucarda sənədsiz tüfəng götürülüb
  20 Dekabr 2018    Oxunub:5179
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini R.Hüseynli “Browning” markalı tapançanı, 2 ədəd patron darağını və 6 ədəd patronu könüllü olaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil verib.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bağırbəyli kənd sakini Vüqar Cəbrayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti