Xaçmazda 10 brakonyer saxlanıldı

Xaçmazda 10 brakonyer saxlanıldı
  20 Dekabr 2018    Oxunub:5502
Xaçmaz rayonu Müqtədir qəsəbəsinin inzibati ərazisində keçirilən reyd zamanı Xəzər dənizinin sahil sularında 10 balıqçının nərəkimiləri qanunsuz ovladığı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 3 balıqçı qayığında ovu qadağan olunmuş nərəkimilər fəsiləsinə aid uzunluğu 35-60 sm, çəkiləri 500 qramdan 2,5 kq-dək olan 26 baş körpə balıq aşkar edilib.

Faktlarla bağlı 10 brakonyer barəsində akt tərtib edilib, təbiətə vurulan 6600 manat məbləğində ziyan hesablanıb. Hazırda həmin şəxslərin məsuliyyətə cəlb olunmaları üçün tədbirlər görülür.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti