3 evdən oğurlq edən şəxs saxlanıldı

3 evdən oğurlq edən şəxs saxlanıldı
  21 Dekabr 2018    Oxunub:5883
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 10-da şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Aydınov saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, ətrafında aparılmış tədbirlərlə onun cari il aprelin 21-dən dekabrın 4-dək olan müddətdə şəhər ərazisindəki 3 evdən məişət əşyaları və inşaat materialları, habelə 1 qadının çantasından 90 manat oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   oğurluq  



Xəbər lenti