Binədə növbəti qatar faciəsinin qarşısı alındı - VİDEO

 Binədə növbəti qatar faciəsinin qarşısı alındı -    VİDEO
  22 Dekabr 2018    Oxunub:10555
Bakının Binə qəsəbəsində növbəti qatar faciəsinin qarşısı alınıb.

Sakinlər Azvision.az -a bildiriblər ki, bir neçə gün öncə səhər saatlarında qatar qəsəbə ərazisindən keçərkən şlaqbaum açıq olub.
"Şlaqbaum açıq idi. Qatarın gəldiyini görən sürücülərdən biri maşından düşərək yolu bağladı. Yalnız bundan sonra hərəkət dayandı və qatar keçdi. Yəni sürücülər mümkün faciənin qarşısını aldılar", - Binə sakinləri deyiblər.



Qeyd edək ki, bu ilin oktyabr ayının birində həmin ərazidə dəhşətli qəza baş vermişdi. Belə ki, avtobusla qatarın toqquşması nəticəsində 13 yaşlı məktəbli həlak olmuş, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Məlum hadisəyə səbəb kimi şlaqbaumun açıq olması göstərilirdi.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Binə   Qatar  





Xəbər lenti