Sumqayıtda silsilə oğurluq edən şəxs ələ keçdi

Sumqayıtda silsilə oğurluq edən şəxs ələ keçdi
  22 Dekabr 2018    Oxunub:4523
Sumqayıt şəhəri ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-dekabr ayları ərzində şəhər ərazisindəki gözəllik salonundan 60 manat pul, hazırlıq kursundan televizor və kompyuter, 2 avtomobildən 60 manat pul, tütün məmulatı, bankomat kartı və audiodisklər, 2 evdən 4 ev quşu və su mühərriki, şəhər sakini olan 1 nəfərin mobil telefonunu, daha bir nəfərin isə çantasından pul və sənədlərini və iaşə obyeklərindən birindən elektrik avtomat qoruyucusunu oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər CM-nin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Ağami Ağayev saxlanılıb.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti