Bakı polisi əməliyyat keçirib: Axtarışda olan 29 nəfər tutulub

 Bakı polisi əməliyyat keçirib:    Axtarışda olan 29 nəfər tutulub
  22 Dekabr 2018    Oxunub:5186
Dekabrın 21- də Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik tədbirlər keçirilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat-profilaktik tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 8 nəfər tutulub, axtarışı elan olunan 29 nəfərin yeri müəyyən olunaraq, saxlanılması təmin edilib, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, avara və dilənçiliklə məşğul olduqlarına görə 25 nəfər barəsində inzibati ölçü götürülüb.

Bununla yanaşı, xırda xuliqanlıq 40, xırda talama 27, antisanitariya 52 fakt, qeydiyyat qaydalarını pozma 1510, digər inzibati xətalara görə 108 fakt və digər hüquqazidd hallar aşkarlanaraq qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülməklə, icra olunub.

Azvision.az


Teqlər: Bakı-Şəhər-Baş-Polis-İdarəsi  





Xəbər lenti