İki evdən oğurluq edən şəxs tutulub

İki evdən oğurluq edən şəxs tutulub
  22 Dekabr 2018    Oxunub:5849
Suraxanı rayonu ərazisindəki iki evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən telefon və 600 manat dəyərində qızıl əşyalar, daha bir evdən isə təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Eldar Babayev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  



Xəbər lenti