Gürcüstandan gələn maşında pirotexniki vasitələr aşkarlanıb

Gürcüstandan gələn maşında pirotexniki vasitələr aşkarlanıb
  22 Dekabr 2018    Oxunub:1426
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan istiqamətindən "Mazımçay" gömrük postuna daxil olan "BMW 525" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin hər iki ön oturacağının və qabaq sağ ayaqaltının altından üzərində "Petards" yazısı olan 6000 ədəd və üzərində "Football Salute" yazısı olan 250 ədəd pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Komitə   Gömrük  





Xəbər lenti