Çoban işlədiyi fermadan 45 inək oğurladı

Çoban işlədiyi fermadan 45 inək oğurladı
  24 Dekabr 2018    Oxunub:3178
Yevlax rayonunun Səmədabad kəndi ərazisindəki fermaların birindən 45 baş inək oğurlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabr ayından dekabr ayının 12-dək olan müddətdə Səmədabad kəndi ərazisindəki fermaların birindən 45 baş inək oğurlamaqda şübhəli bilinən, orada çoban işləyən Bərdə rayon sakini Nofəl İsmayılov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti