Həftəsonu 189 cinayət törədilib - 40 nəfər tutulub

   Həftəsonu 189 cinayət törədilib -    40 nəfər tutulub
  24 Dekabr 2018    Oxunub:3720
Ötən həftənin sonu respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 189 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  



Xəbər lenti