Sürücü qadın sərnişini döyüb, pulunu aldı

  Sürücü qadın sərnişini döyüb, pulunu aldı
  24 Dekabr 2018    Oxunub:4166
Dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın “28 Mall” ticarət mərkəzinin qarşısında “Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb. Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   soyğunçuluq  



Xəbər lenti