Bir ayda 4 evi yaran şəxs tutulub

Bir ayda 4 evi yaran şəxs tutulub
  24 Dekabr 2018    Oxunub:5006
Sumqayıtda evlərdən oğurluq edən şəxs saxlanılıb.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-dan dekabrın 10-dək olan müddətdə şəhər ərazisində 2 avtomobildən akkumulyator, habelə 4 evdən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Qasımov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  



Xəbər lenti