Polis 3 mindən çox pirotexniki vasitə aşkarladı

Polis 3 mindən çox pirotexniki vasitə aşkarladı
  25 Dekabr 2018    Oxunub:2722
Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
​DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Xırdalan şəhəri ərazisindəki mağazaların birindən 3650 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. ​Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti