Banka saxta pul verən şəxs saxlanılıb

Banka saxta pul verən şəxs saxlanılıb
  25 Dekabr 2018    Oxunub:3190
Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

​27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Saxta-Pul  



Xəbər lenti