10 maşından oğurluq edən şəxslər tutuldu

10 maşından oğurluq edən şəxslər tutuldu
  25 Dekabr 2018    Oxunub:3790
Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elxan İsayev saxlanılıb.

​Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə “Land Rover” markalı avtomobildən parfümeriya oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Pərvin Hümbətov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlaması da müəyyən edilib. ​Araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti