Gömrükçülər yararsız məhsulları məhv etdi - FOTO

Gömrükçülər yararsız məhsulları məhv etdi -  FOTO
  25 Dekabr 2018    Oxunub:4928
Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, ümumilikdə, 2929 ədəd alkoqollu və sərinləşdirici içkilər, 10 793 360 ədəd tütün və tütün məmulatı, 3861 ədəd mobil telefonlar, 1312 ədəd müxtəlif aksesuarlar, 58242 ədəd istifadə müddəti birmiş dərman preparatları, 9 611 630 ədəd pirotexniki vasitələr məhv edilib.



Xatırladaq ki, prosesdə Dövlət Gömrük Komitəsinin "Azterminalkompleks" birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib.



Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.





Azvision.az


Teqlər: Komitə   DGK  



Xəbər lenti