“Hilton” otelində yanğın olub

“Hilton” otelində yanğın olub
  25 Dekabr 2018    Oxunub:3799
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda “Hilton” otelində yanğın olması baradə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri qeyd olunan ünvana cəlb olunub. Otelin 1-ci mərtəbəsində yerləşən mətbəxdə elektrik sobasının üzərində yağ qalıqları yanıb.

Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi söndürülüb.

Azvision.az




Teqlər: Hilton   Yanğın  





Xəbər lenti