Maşınla toqquşan motosikletin sürücüsü öldü

Maşınla toqquşan motosikletin sürücüsü öldü
  25 Dekabr 2018    Oxunub:3832
Balakən rayonunun Hənifə kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, dekabrın 24-də saat 16 radələrində Balakən rayonunun Hənifə kəndi ərazisində kənd sakini Aydın Keçiliyevin idarə etdiyi “UAZ-3962” markalı avtomobillə Kortala kənd sakini Məhəmməd Osmanovun idarə etdiyi “M” markalı motosiklet toqquşub.

Nəticədə M.Osmanov hadisə yerində ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  



Xəbər lenti