Piyadanı vurub qaçan sürücü saxlanılıb

Piyadanı vurub qaçan sürücü saxlanılıb
  26 Dekabr 2018    Oxunub:3120
Ötən gün axşam saatlarında Saatlı rayonunun Qıraqlı kəndində piyadanın vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, kənd sakini Eldəniz Babayev yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb.

Avtoqəza nəticəsində E.Babayev müxtəlif bədən xəsarətləri alaraq daha sonra xəstəxanaya yerləşdirilib.

Çox keçmədən Saatlı RPŞ DYPB-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elşən Ağazadə saxlanılıb. Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti