YPX postunda əməliyyat: Qətl törədən şəxs ələ keçdi

  YPX postunda əməliyyat:  Qətl törədən şəxs ələ keçdi
  26 Dekabr 2018    Oxunub:4328
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanılıb.

Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti