Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Azvision.az -a verilən xəbərə görə, DİN-in Baş İctimai Təhlükəsizlik və Bakı Şəhər Baş Polis idarələri əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Mircəlal küçəsində, “Sədərək” ticarət mərkəzində və Binə qəsəbəsi ərazisində 4 mağazadan ümumilikdə 6200 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Azvision.az