Yeniyetmə törətdiyi qəzada öldü

Yeniyetmə törətdiyi qəzada öldü
  28 Dekabr 2018    Oxunub:4574
Dekabrın 27-də saat 15 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qədim Qala kənd sakini olan yeniyetmə idarə etdiyi “Chrysler” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, nəticədə avtomobildəki sərnişinlərdən İsrafil Ələsgərli hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti