Siyəzəndə yük maşını maneəyə çırpılıb

Siyəzəndə yük maşını maneəyə çırpılıb
  28 Dekabr 2018    Oxunub:4431
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunun Yenikənd kəndində "HOWO" markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Qəza  





Xəbər lenti