Qobustanda yol qəzası, iki nəfər xilas edildi

 Qobustanda yol qəzası,    iki nəfər xilas edildi
  29 Dekabr 2018    Oxunub:5781
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qobustan rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Qobustan   Qəza  





Xəbər lenti