Məktəbə gedən 14 yaşlı qız itkin düşüb

   Məktəbə gedən 14 yaşlı qız itkin düşüb
  29 Dekabr 2018    Oxunub:5545
Bakıda azyaşlı qız itkin düşüb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 22 j ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Camallı Xədicə Ramiz qızı dekabrın 27-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, X.Camallı səhər saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb. Faktla bağlı araşdırmalara başlanılıb. (Trend)

Azvision.az



Teqlər: Qız   Məktəbli   İtkin  





Xəbər lenti