Bakıya qanunsuz dərman gətirən şəxs saxlanıldı

Bakıya qanunsuz dərman gətirən şəxs saxlanıldı
  29 Dekabr 2018    Oxunub:4603
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, Türkiyə-Naxçıvan-Bakı marşrutu ilə gələn Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildiriblər ki, vətəndaşın baqajına və əl yükünə yoxlama keçirilməsi üçün o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı, Türkiyə Respublikasının vətəndaşına məxsus çantanın içərisindəki üç qutuda 308 kapsul "Neogaba Pregabalin 300 mg" adlı dərman preparatı aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan dərman preparatlarında preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 92,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin "Güclü təsir edən maddələrin siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti